ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosunu həbs etdirmək üzrədir.
Reyting.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Jogovurd” qəzeti yazıb.
Məlumata görə, Nikol Paşinyan hökuməti həbs planının həyata keçirilməsinin son mərhələsinə yaxınlaşır.
“Arxiyepiskop Arşakın həbsindən sonra baş nazir bütün ermənilərin katolikosunu həbs etdirəcək, çünki sonuncu heç bir güzəştə getmək istəmir. Paşinyan nəyin bahasına olursa olsun, ona tərəf qaçan və katolikosa xəyanət edən keşişlərin sayını artırmaq istəyir, onlar da kilsənin və mənəvi həyatın yenilənməsi naminə II Qareginin istefasını elan etməli olurlar”,- deyə nəşr yazır.
“Jogovurd”-un hökumətyönlü mənbələri bidiriblər ki, hüquq-mühafizə orqanları bu iş üzərində işləyir və yaxın gələcəkdə katolikosu həbs etməlidirlər: “Soruşursunuz hansı əsasla? Fərqi yoxdur, əsas odur ki, II Qaregin təcrid olunub, bundan sonra onun istefa mətni internetdə görünəcək. Bu məktubun həqiqi və ya saxta olması tamamilə əhəmiyyətsizdir. Əsas odur ki, orada II Qareginin istefa ərizəsinin mətni olacaq və bundan sonra katolikosun vəzifədən uzaqlaşdırılması prosesi başlayacaq”.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.