Dünya Türk Qadın Platforması olaraq 5 dekabr Qadın Hüquqları Gününü böyük şərəf və qürur hissi ilə qeyd edirik.
"Qadın əməyi ilə istehsal edir, biliyi ilə yol aparır, iradəsi ilə gələcəyi formalaşdırır. Biz də qadınların hüquqlarını, səsini, təmsilçiliyini gücləndirmək üçün səylə çalışmağa davam edirik".
Newscenter.az xəbər verir ki, bunları Dünya Türk Qadın Platformasının rəhbəri Günay Əliyeva 5 dekabr Qadın Hüquqları Günü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. O qeyd edib ki, Türk qadınının seçmək və seçilmək hüququ qazandığı bu mənalı gün qadınların cəmiyyətin bütün sahələrində bərabər, güclü və səmərəli iştirak etmək mübarizəsinin simvoludur:
"Dünya Türk Qadın Platforması olaraq 5 dekabr Qadın Hüquqları Gününü böyük şərəf və qürur hissi ilə qeyd edirik. Bu gün türk qadınının cəsarətini, liderliyini və qətiyyətini bir daha salamlayırıq. Bütün qadınlarımıza 5 dekabr qadın hüquqları günü mübarək olsun".
Süleyman