AZ

Macarıstanın neft qaz nəhəngi “Lukoil”in aktivlərini almağa çalışır Orban Trampdan dəstək istəyib

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ-nin sanksiyalarına düşdükdən sonra “Lukoil”in xarici aktivlərinə alıcı marağı sürətlə artır. “Reuters” agentliyi yazır ki, bu aktivlərlə maraqlananlar arasında Macarıstanın böyük neft-qaz şirkəti MOL da var.

Agentliyin mənbələrinin bildirdiyinə görə, MOL Avropadakı neft emalı zavodlarını, yanacaqdoldurma şəbəkəsini, həmçinin Qazaxıstan və Azərbaycandakı hasilat aktivlərindəki payları almaqda maraq göstərib.

Məlumatlara görə, Macarıstanın Baş naziri Viktor Orban noyabrda ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdə MOL-un bu planlarını müzakirə edib.

“Lukoil”in aktivlərinə maraq bir neçə təklifin rədd edilməsindən sonra daha da artıb. Xüsusilə, Vaşinqton şirkətin xarici aktivlərini almaq istəyən, Vladimir Putinin yaxın dostu Gennadi Timçenko ilə əlaqəsi olan İsveçrənin “Gunvor” şirkətinin müraciətini qəbul etməyib.

Hazırda alıcılar sırasında “Exxon Mobil”, “Chevron”, ABŞ investisiya fondu “Carlyle”, eləcə də “Pornhub”ın keçmiş sahibi, Avstriya iş adamı Bernd Berqmayrın adı çəkilir.

“Lukoil” ABŞ-nin oktyabr ayında tətbiq etdiyi sanksiyalardan sonra xaricdəki aktivlərini satmaq niyyətində olduğunu açıqlamışdı. Şirkət Avropada üç neft emalı zavoduna, Qazaxıstan, Özbəkistan, İraq, Meksika, Qana, Misir və Nigeriyada hasilat layihələrində paylara, həmçinin ABŞ də daxil olmaqla dünyanın müxtəlif ölkələrində yüzlərlə yanacaqdoldurma məntəqəsinə sahibdir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
azpolitika.info

1Mənbələr