AZ

"Cənub Qaz Dəhlizi" QSC-nin qaz nəqlindən əldə etdiyi EBİTDA mənfəəti sabit qalacaq - "Fitch"

Bakı. Trend:

“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin qaz nəqlindənəldə etdiyi EBITDA (faiz, vergi, amortizasiya və itkilərdən əvvəlkimənfəət) mənfəətinin sabit qalacağı gözlənilir.

Bu barədə Trendagentliyə istinadən xəbər verir.

“Holdingin qaz nəqli seqmenti gəlirlərin yüksək proqnozlaşdırılabilməsi ilə seçilir, çünki bu gəlirlər qiymət indeksasiyasımexanizmlərinə malik uzunmüddətli nəql sazişləri ilə təmin olunur.TANAP və TAP üzrə qaz tədarükləri ‘ship-or-pay’ prinsipi ilə həyatakeçirilir ki, bu da həcmlərin dəyişməsi riskini demək olar ki,aradan qaldırır. Biz hesab edirik ki, qaz nəqli üzrə EBITDA həcmimütləq ifadədə sabit qalacaq və ümumi EBITDA-da payı tədricənartaraq 2027-ci ildə təxminən 80 faizə çatacaq, halbuki bugöstərici 2024-cü ildə təxminən 60 faiz idi,” – deyə Fitch-inhesabatında bildirilir.

Eyni zamanda “Cənub Qaz Dəhlizi” QSC-nin upstream-seqmenti“Şahdəniz” yatağının təbii ehtiyatlarının tükənməsi fonundahasilatın tədricən azalması səbəbindən təzyiq altında qalır. Bundanbaşqa, bu seqment qaz və neft qiymətlərindən asılıdır, belə ki,qazın müqavilə həcmlərinin əhəmiyyətli hissəsi xammal bazarlarınınkotirovkalarına bağlıdır.

“Biz proqnozlaşdırırıq ki, upstream-seqment üzrə EBITDA2025–2028-ci illərdə tədricən azalacaq və ümumi EBITDA-dakı payı2024-cü ildəki təxminən 40 faizlə müqayisədə daha da enəcək. Bu,hasilatın gözlənilən azalması və Fitch-in Brent və TTFqiymətlərinin düşməsi ilə bağlı proqnozu ilə əlaqədardır,” – deyəagentlik mütəxəssisləri bildiriblər.

Məqalədə:
Seçilən
69
az.trend.az

1Mənbələr