ain.az, Demokrat.az saytına istinadən bildirir.
“Dövlət hakimiyyət orqanlarının əlində kifayət qədər əsaslı sübutlar olmasaydı, bu istiqamətdə bu qədər ciddi addımların atılması real görünməzdi. Əgər bu gün artıq konkret addımlar atılırsa, deməli, ortada ciddi və təsdiqlənmiş ittihamlar mövcuddur”.Bu fikriləri Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.O diqqətə çatdırıb ki, bu məsələdə birmənalı olaraq müxalifətin hədəf alındığını demək də doğru deyil:“Çünki Ramiz Mehdiyev illərlə Prezident Administrasiyasının rəhbəri olmuş şəxsdir və heç vaxt müxalifətə keçdiyini bəyan etməyib. Bu səbəbdən də bu prosesdə həm hakimiyyət daxilindən, həm də müxalifətdən müəyyən şəxslərin iştirakı məsələnin yalnız müxalifətə qarşı yönəldiyi kimi qiymətləndirilməsinə əsas vermir. Burada əsas məsələ dövlətə qarşı potensial təhdidlərin araşdırılmasıdır. İstintaq orqanları məsələni hərtərəfli və obyektiv şəkildə araşdırmalı, dövlətin təhlükəsizliyinə yönəlmiş istənilən təhlükəni dəqiq şəkildə analiz etməli və toplanmış sübutları məhkəməyə təqdim etməlidirlər. Hüquqi dövlət prinsiplərinə uyğun olaraq, hər kəsin məhkəmə qarşısında özünü müdafiə etmək hüququ var. Bu prosesin istintaq müddətinin başa çatması gözləmək lazımdır. Məhkəmə proseslərində bu məsələlər aydınl olacaq”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.