AZ

“Ukrayna müharibəsi bitməlidir” - Donald Tramp

“Rusiyanın Ukraynaya qarşı müharibəsi sonda bitəcək”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin yaxınlığında Milad ağacının yandırılması mərasimində deyib.

O bildirib ki, Ukraynadakı müharibə səbəbindən on minlərlə əsgər ölür və buna son qoyulmalıdır.

Trampın sözlərinə görə, ABŞ bu məsələ üzərində işləyir.

"Biz bunu dayandırmalıyıq. Biz bu məsələnin üzərində çox işləyirik", - deyə siyasətçi vurğulayıb.

Tramp həmçinin qeyd edib ki, biz Rusiya və Ukrayna arasında nizamlanmanın başqa variantını axtarırıq:

“Və inanıram ki, biz son nəticədə buna nail olacağıq", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
58
missiya.az

1Mənbələr