AZ

Ələddin Muradova vəzifə VERİLDİ

Ajans.az-ın əldə etdiyi məlumata görə, “Azərişıq” ASC rəhbərliyinin qərarına əsasən Muradov Ələddin Arif oğlu Mərkəzi Aran RETSİ-nin Bərdə Elektrik Şəbəkəsinə rəis təyin olunub. Yeni rəhbər kollektivə təqdim edilib və vəzifəsinin icrasına rəsmən başlayıb. Təqdimat zamanı qeyd olunub ki, Ələddin Muradovun təyinatı Bərdə Elektrik Şəbəkəsində idarəetmənin daha da təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və regionda elektrik təsərrüfatının modernləşdirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, Ələddin Muradov bundan əvvəl Bərdə  elektrik şəbəkəsi idarəsində satış üzrə rəis vəzifəsində işləyib.

Seçilən
34
Ajans.az

1Mənbələr