AZ

İran İslam Respublikasının yox olduğu gün oxumaq istəyirəm – Ququş

BAKI, 5 dekabr. TELEQRAF

“Sənətimi İran İslam Respublikasının artıq mövcud olmayacağı günə saxlamaq istəyirəm”.

Teleqraf xəbər verir ki, bunu azərbaycanəsllli məşhur iranlı müğənni Ququş “Associated Press”ə verdiyi müsahibədə deyib.

“İran gəncləri və qadınları özlərinin ən təbii hüquqları, o cümlədən geyim və ifadə azadlığı və normal həyat yaşamaq hüququ uğrunda mübarizə aparırlar. İran xalqı təmiz su, təmiz hava və yaşaya biləcəyi torpaq uğrunda mübarizə aparır. Gənclərimiz cavanlıqlarının dadını çıxara bilmədən qocaldılar”, - müğəəni bildirib.

Ququş vurğulayıb ki, İran xalqı bu ağrılı dövrə son qoymalı, hər bir insanın haqqı olan azadlıqları əldə etməlidir.

“47 ildir həyatımıza nəzarət edə bilmirik. Nə planlaşdırdıqsa, olmadı, nə baş verdisə, planlaşdırılmamışdı. Mən də istisna deyiləm”, - sənətçi əlavə edib.

Seçilən
74
teleqraf.com

1Mənbələr