AZ

7 möcüzəvi idman növü haqqında

Ses qazeti saytına istinadən ain.az xəbər verir.

“Sağlam həyat yaşamaq üçün ən vacib amillərdən biri də müntəzəm olaraq idman etməkdir. İdmanın faydalarından hər birimiz xəbərdarıq. İndi sadalayacağım bu idman növləri ilə müntəzəm olaraq məşğul olunarsa möcüzə yaradar”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.

G.Quliyevin sözlərinə görə, iplə tullanmaq ən təsirli yağ yandırma hərəkətlərindəndir. Hər dəqiqə üçün 10-20 kalori yandırmanıza kömək edəcək bu hərəkət bədəndəki bütün əzələləri hərəkət etdirməklə yanaşı, qadınlarda sellüliti azaldır, ayaq, baldır əzələlərini işlədir, qan dövranını artırır.

Squat (çöməlmə hərəkətləri)

Bədəni şəkil və formaya salan idman hərəkətlərindən biridir. Omba əzələlərini gücləndirib daha qalxıq və yuvarlaq ombaya sahib olmaq istəyən qadınların sevimlisi olan bu idman hərəkəti, yağ yandırmaq üçün ideal seçimdir. Jumping Squat (Tullanma) bədəninizi çalışdırır və ürək ritminizi sürətləndirər. Dumbell squat ( ağırılıqlı squat ) bədəninizin müvazinətini artırır. Squatı müntəzəm olaraq etsəniz, sağlam və dik bir duruşa sahib bədənə nail olacaqsız.

Jim etmək

Klassik idman hərəkətlərindən olam jim bədəni inkişaf etdirmək üçün ən təsirli hərəkətlərdən biridir. Fərqli şəkildə edərək qol və çiyin əzələlərinizin fərqli-fərqli bölgələrini çalışdıra bilərsiniz.

Lunge

Ayaq əzələlərinizi gücləndirmək üçün lunge çox təsirlidir. Müvazinəti artıran möhtəşəm idman hərəkəti olan lunge ağırlıq qaldırmaqla da və tullanmaqla da edilə bilər. Gündə 3 dəfə olmaqla hər dəfəsində 10 dəfə lunge edin.

Üzmək

Yay aylarının ən böyük əyləncəsi olan üzmək bədənin bütün əzələlərini çalışdırır, həm də əyləncəlidir.

Qaçış

Qaçmaq sadəcə idman deyil, eyni zamanda müalicə növüdür. Stres və depressiya riskini azaldır. Dəniz kənarında edilə biləcək ən əyləncəli idmandır.

Velosiped sürmək

Nə qədər tərləsəniz bir o qədər kalori yandırmış olacaqsınız. Ayaq və omba əzələlərini işlətməyə kömək edir.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
153
1
sesqazeti.az

2Mənbələr