Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Qala Həyat” Sığorta Şirkəti ASC kredit borcu olan şəxslər üçün xüsusi həyat sığortası məhsulunu təqdim edir. Demokrat.az xəbər verir ki, yeni məhsul kredit ödənişlərinin qəfil və gözlənilməz hadisələr zamanı da davamlı şəkildə təmin olunmasına xidmət edir.Şirkətin təqdim etdiyi “Kredit üzrə borcalanın həyat sığortası” proqramı borc alanın həyatını və sağlamlığını sığortalamaqla yanaşı, onun maliyyə öhdəliklərinin təhlükəsizliyini də qoruyur. Bu sığorta növü ölüm, sağlamlıqla bağlı ciddi risklər və digər gözlənilməz hallar zamanı kredit ödənişlərinin sığorta hesabına qarşılanmasını nəzərdə tutur.“Qala Həyat”ın bu məhsulu xüsusilə banklardan və maliyyə qurumlarından kredit götürən şəxslər üçün risklərin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Məqsəd vətəndaşların həm maliyyə sabitliyini qorumaq, həm də ailələrini əlavə borc yükündən sığortalamaqdır.Ətraflı məlumat əldə etmək istəyənlər “Qala Həyat” Sığorta Şirkəti ASC-nin Bakı şəhəri, İzmir küçəsi 5A ünvanında yerləşən ofisinə müraciət edə və ya 1540 “Qaynar Xətt”, (012) 404 77 74 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.