AZ

Flik 3 ulduz futbolçuya qapını göstərdi

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik 3 futbolçunun xidmətində maraqlı deyil.

Metbuat.az xəbər verir ki, o, Mark Kasado, Andreas Kristensen və Dro Fernandesin klubdan göndərilməsinə razılıq verib. Məlumata görə, futbolçular əsas heyətə düşə bilmir. Xəbərdə deyilir ki, klub istedadlı futbolçu Dro Fernandesin icarə əsasında klubdan getməsini istəyir.

Qeyd edək ki, Robert Levandovskinin də mövsümün sonunda klubdan ayrılacağı iddia edilir. Futbolçunun “Barselona” ilə müqaviləsi mövsümün sonunda yekunlaşır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
metbuat.az

2Mənbələr