AZ

Ananas sirkəsinin faydaları açıqlanıb

Ananas sirkəsi sağlam qida və içki seçimləri arasında yer alır.


Pravda.az bildirir ki, fermentasiya olunmuş bu sirkənin tərkibi C vitamini, flavonoidlər, saponinlər və antioksidanlarla zəngindir.


Araşdırmalara görə, ananas sirkəsi həzm sisteminə dəstək verir, prebiyotik təsiri və fermentləri sayəsində həzmi asanlaşdırır və bağırsaq sağlamlığını gücləndirir.


Bundan əlavə, antioksidan və iltihab əleyhinə xüsusiyyətləri sayəsində bədən toxumalarını qoruyur, immuniteti gücləndirir və ümumi sağlamlığı dəstəkləyir.


Mütəxəssislər onu metabolizmi stimullaşdırmaq və bədən çəkisinin nizamlanmasına kömək etmək üçün də istifadə edirlər. Lakin düzgün dozada tətbiq edilməsinin vacib olduğu vurğulanır.


Əminə Bayramova 

Tarix: 5 Dekabr 2025, 10:39   
Seçilən
53
pravda.az

1Mənbələr