AZ

Əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi üçün lazımi şəraitin yaradılması böyük əhəmiyyət kəsb etməyə başlayıb - İcraçı direktor

Bakı. Trend:

Hazırkı qlobal informasiya təhdidləri və formalaşmış yenireallıqlar çərçivəsində ölkələrimizin informasiya mühitininqorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsiüçün lazımi şəraitin yaradılması böyük əhəmiyyət kəsb etməyəbaşlayıb.

Trend xəbərverir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin icraçıdirektoru Əhməd İsmayılov “İctimai etimadın formalaşdırılmasındamedianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda keçirilənAzərbaycan-Gürcüstan Media Forumunun açılış mərasimində çıxışızamanı deyib.

İcraçı direktor vurğulayıb ki, Azərbaycanda həyata keçirilənmedia islahatlarının başlıca məqsədi ölkəmizin informasiyaməkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianıninkişafına təkan verilməsi və rəqabət qabiliyyətinin artırılması,informasiya mühitinin sağlamlaşdırılması, habelə jurnalistikapeşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır:

“Bu gün biz ictimai etimadın formalaşdırılmasında medianın roluhaqqında bəhs ediriksə, ilk növbədə medianın özünə ictimai etimadınyüksək olmasının vacibliyini vurğulamalıyıq. Mediaya etimad heçşübhəsiz ki, ölkələrimizin informasiya təhlükəsizliyinin təminedilməsində vacib komponentidir.

Artıq insanların düşüncəsinə hakim kəsilmiş rəqəmsallaşmafenomeni ənənəvi media alətləri ilə müqayisədə daha böyük miqyasıəhatə edərək eyni zamanda yeni imkanlar və fürsətlər qazandırır.Belə ki, rəqəmsal texnologiyalar mediaya geniş auditoriyalara dahasürətli və səmərəli şəkildə çatmaq imkanı verir.

Texnologiyanın inkişafı ilə mediada həm ənənəvi xəbər istehsalıprinsipləri, həm də oxucuların məlumatları qəbul etmək üsulları vəmənbə seçimləri davamlı dəyişir. Rəqəmsallaşma yeni imkan vəfürsətlər verdiyi kimi öz növbəsində ölkələrin media ekosistemləriüçün yeni təhdidlər də yaratmaqdadır. Belə ki, informasiyanınhəddindən artıq bolluğu içində dezinformasiya və saxta xəbərlərciddi təhlükəyə çevrilib”.

Seçilən
42
4
az.trend.az

10Mənbələr