Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” “Cənub Qaz Dəhlizi”Qapalı Səhmdar Cəmiyyətinə uzunmüddətli emitentin defoltureytinqini- sabit proqnozlu "BBB-" səviyyəsini təyib.
Trend bu barədə“Fitch”ə istinadən xəbər verir.
“Fitch”in dövlət şirkətləri üçün müəyyən etdiyi meyarlaraəsasən, QSC-nin reytinqi onun yekun səhmdarı olan Azərbaycanınreytinqi (BBB- / Stable) ilə eyniləşdirilir. Bu, Cənub Qaz DəhliziQSC-nin bütün borc öhdəliklərinin dövlət zəmanətləri ilə təminolunması və agentliyin gözləntilərinə görə, bu təcrübənin proqnozdövrü ərzində davam edəcəyini əks etdirir.
Şirkətin fərdi kredit profili ‘bbb-’ səviyyəsində olmaqla,yüksək pul axını generasiyası, qazın uzunmüddətli müqavilə əsasındanəqli üzrə biznes modelinin yüksək proqnozlaşdırıla bilməsi, böyükfəaliyyət miqyası və çox güclü maliyyə göstəriciləri ilədəstəklənir. Məhdudlaşdırıcı amillər kimi upstream seqmentindəqiymət volatilliyi, “Şahdəniz” qaz-kondensat yatağının təbiitükənməsi, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyədə kontragentriskləri və əməliyyat mühitinin xüsusiyyətləri qeyd olunur.
“2025-ci ilin avqust ayının sonuna olan vəziyyətə görə, QSC-ninbütün borcları dövlət tərəfindən zəmanətlə təmin edilirdi və bunundavam edəcəyini gözləyirik”, – deyə “Fitch”də bildirilib.
Agentlik vurğulayır ki, QSC geniş fəaliyyət miqyasına, coğrafişaxələndirməyə və şaquli inteqrasiyaya malikdir. Xüsusilə, şirkətaşağıdakı sahələrdə iştirak edir:
Upstream – “Şahdəniz” qaz-kondensat yatağında 16,02% pay,
Midstream – qazın Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsiləCənubi Avropaya nəqli; o cümlədən TANAP-da 51%, Cənubi Qafqaz BoruKəmərində (SCP) 21,02%, Transadriatik Boru Kəmərində (TAP) 20%pay,
Downstream – qazın son istehlakçılara satışı.