AZ

Sovet işğalına qarşı Zəngəzur və Qarabağda ermənilərlə azərbaycanlılar arasında birlik yaranmışdı - Fransalı tarixçi

Bakı.Trend:

Sovet işğalına qarşı Zəngəzur və Qarabağda bəzi ermənilər iləazərbaycanlılar arasında birlik yaranmışdı. Lakin sonradanerməni-bolşevik yaxınlaşması və Zəngəzurda Monteneqro hərəkatıadlandırılan silahlı dəstə ilə əməkdaşlıq nəticəsində bu birlikdağıdılıb.

Trend xəbərverir ki, bu fikirləri bu gün Qərbi Azərbaycan İcması tərəfindən“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmışazərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhəaparan yol kimi” mövzususunda lll Beynəlxalq Konfransın panelmüzakirəsindəki çıxışı zamanı fransalı tarixçi Maxime Gauindeyib.

O bildirib ki, 1987-ci ildən başlayaraq yüzlərlə azərbaycanlıErmənistandan qovulub:

"1988-ci ilin fevralına qədər bu rəqəm 40 minə qədər yüksəlib.Daha sonra Azərbaycanda baş vermiş iğtişaşlar, Ermənistantərəfindən təşkil olunan müəyyən dairələr – xüsusilə ermənimafiyasının bəzi qolları və Sovet milisinin nümayəndələri –tərəfindən şişirdilərək, diqqətin Ermənistanda baş verənhadisələrdən yayındırılmasına yönəldilib".

Tarixçi vurğulayıb ki, nəticədə azərbaycanlılara qarşı hücumlarartıb və qovulmalar sürətlənib.

"Ermənistanda fəaliyyət göstərən jurnalist Vladimir Baxçinyanqeyd edirdi ki, Ermənistanın rəhbərliyində təmsil olunan bəzişəxslər açıq şəkildə azərbaycanlıların tamamilə məhv edilməsini vəqovulmasını zəruri saydıqlarını bildirirdilər. 1988-ci ilin sonunaqədər isə bir sıra kiçik rayonlarda bütün azərbaycanlılar öldürülübvə qovulub".

Seçilən
32
az.trend.az

1Mənbələr