AZ

Kapital Bank istifadəçisi BirKart Star faizlərinin artmasından narazıdır

Murad Mustafayev adlı vətəndaş Kapital Bank-dan aldığı BirKart Star kredit kartı ilə bağlı yaşadığı problemi bölüşüb. AzPost bildirir ki, Mustafayevin sözlərinə görə, kartı götürəndə ona bildirilib ki, məbləği nağdlaşdırıb ayın sonunadək qaytardıqda faiz hesablanmır və yalnız 500 AZN üçün 10 AZN komissiya ödənir.

Lakin bir müddət sonra nağdlaşdırmada 1% komissiya tətbiq olunmağa başlayıb. Hər ay məbləği vaxtında qaytarsa da, artıq 1 ildir ki, davamlı faiz ödəyir. Bankla əlaqə saxladıqda isə bildirilib ki, BirKart Star üzrə müddət 1 il tamamlandığı üçün yenidən qiymətləndirilməlidir.

Mustafayev əlavə edib ki, eyni zamanda öhdəliklərinin çoxluğu səbəbindən növbəti aydan ona BirKart Star düşmədiyi və qalan məbləği 27% illik faizlə ödəməli olacağı bildirilib. Hazırda 6,900 AZN borc üçün yalnız faiz olaraq ayda 190 AZN ödəməli olsa da, bu ödənişi həyata keçirməkdə çətinlik çəkir.

“Bu günə qədər cəmi 1 gün belə gecikməm olmayıb. Kapital Bankda hazırda 1 kreditim, 2 kredit kartım (BirKart Taksit və BirKart Star) var, əlavə olaraq ipoteka ödənişi edirəm,” – deyə vətəndaş qeyd edib.

AzPost.az

Seçilən
18
azpost.info

1Mənbələr