Kulis.az Nəriman Əbdülrəhmanlının təqdimatında “Səksənincilər” layihəsindən Çingiz Sultansoyun "Gözləmə 2.0" hekayəsinitəqdim edir.
Nasir, publisist, jurnalist, teleaparıcı və ssenariçi Sultanov ÇingizRüstəm oğlu 1952-ci il oktyabrın 27-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini (1974) bitirib. 80-ci illərdən AMEA-da, sonra ilk müstəqil mətbuat orqanlarında və televiziyada çalışıb. 90-cı illərdə bir neçə populyar televiziya proqrqmının (“Jurnalist təhqiqatı”, “Həftə”, “Kontakt” və s.) aparıcısı olub.
1998-2004-cü illərdə Bakı Mətbuat Klubunda çalışıb, saysız-hesabsız məqalənin çapının təşəbbüskarı olub. “Azadlıq” radiosunun Bakı bürosunda işləyib. Hazırda Almaniyada yaşayır.
Çingiz Sultansoy ədəbiyyata nasir kimi gəlib, ilk hekayəsi 1980-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub, məqalələri, hekayələri və povestləri qəzet-jurnallarda çap olunub. “Evimiz, doğma evimiz” (1988) nəsr kitabının müəllifidir. 2000-cı illərin ortalalarından rus dilində daha çox yazır, müntəzəm hekayələri, publisist yazıları, təhqiqatları Azərbaycanda və bir sıra ölkələrdə işıq üzü görüb.
Eyni zamanda ölkədən kənarda da nümayiş etdirilən bir neçə filmin ssenari müəllifidir. 2004-cı ildə “Publisistika” nominasiyasında “Media açarı” mükafatı alıb. 2009-cu ildə nominasiyalardan kənar fəxri “Media açarı” mükafatına layiq görülüb.