AZ

İliçin üsyanı “Sumqayıt” şikayət edəcək

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

“Sumqayıt” baş məşqçisi Saşa İliçin AFFA İntizam Komitəsi tərəfindən 4 oyun cəza almasından narazıdır.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, “kimyaçılar” qərardan apelyasiya şikayəti verəcək. Klub cəzanın 2-yə endirilməsini ümid edir.

Saşa İliç də qərardan narazıdır. “Difai” ilə kubok matçından (3:1) sonra qərarın ağır olduğunu bildirən mütəxəssis “kimisə öldürməmişəm” deyərək, üsyanını bildirdi.

Böyük ehtimal, AFFA İntizam Komitəsi mütəxəssisin cəzasında yüngülləşdirmə edəcək. Əks halda, İliç Premyer Liqada “İmişli”, “Neftçi”, “Sabah” və “Turan Tovuz”la oyunlarda texniki zonada olmayacaq.

İliç “Şamaxı” ilə səfər matçının (2:1) sonlarında həmkarı Ayxan Abbasova qarşı qeyri-etik jest etdiyi üçün 4 oyunluq cəza alıb.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
118
futbolpress.az

1Mənbələr