AZ

Avstraliya GMLRS raketlərinin yerli istehsalına başlayır- ÖZƏL 

Avstraliya öz müdafiə sənayesini gücləndirmək məqsədilə idarəolunan reaktiv yaylım atəşi sistemləri (GMLRS) raketlərinin ölkə daxilində istehsalına başlayacaq. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Riçard Marlz məlumat verib.
Nazirin açıqlamasına görə, "Lockheed Martin Australia" tərəfindən Cənubi Avstraliyanın Port-Ueykfild şəhərində tikilən yeni hərbi sənaye zavodu 2025-ci ilin sonuna kimi fəaliyyətə başlayacaq. Burada Avstraliya ordusu üçün yüksək dəqiqlikli GMLRS tipli döyüş sursatları istehsal olunacaq.
Riçard Marlz bildirib ki, layihə Baş nazir Entoni Albanes hökumətinin müdafiə qabiliyyətini artırmaq məqsədilə ayırdığı 21 milyard avstraliya dollarından (təxminən 14 milyard ABŞ dolları) ibarət geniş proqramın bir hissəsidir. Bu vəsait ölkənin uzaqmənzilli zərbə sistemlərinin alınması və istehsalı üçün nəzərdə tutulub.
GMLRS raketlərinin yeni əldə edilən yüksək mobillikli HIMARS sistemləri ilə birlikdə istifadə olunacağı gözlənilir. Xatırladaq ki, Avstraliya Silahlı Qüvvələri bu ilin mart ayında ABŞ-dan ilk iki M142 HIMARS qurğusunu qəbul edib. Ümumilikdə 42 qurğu sifariş edilib və onların 2027-ci ilin sonuna qədər tam şəkildə ordunun istifadəsinə verilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
53
olaylar.az

1Mənbələr