AZ

Dohada Hacıyev və Qriqoryanın iştirakı ilə panel müzakirəsi keçiriləcək

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan və Ermənistan arasında davamlı sülh, Vaşinqton sazişi və ondan irəli gələn addımlar müzakirə olunacaq

“Doha Forumu 2025” çərçivəsində 6 dekabrda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə panel müzakirəsi keçiriləcək. Azərbaycan və Ermənistan arasında davamlı sülh, Vaşinqton sazişi və ondan irəli gələn addımlar müzakirə olunacaq.

AYNA.AZ “Doha Forumu 2025”in rəsmi saytına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 13:00-dan 13:30-dək keçiriləcək panel müzakirəsinə “Middle East Eye” xəbər portalının həmtəsisçisi və baş redaktoru Devid Hörst moderatorluq edəcək.

Azərbaycan və Ermənistan arasında davamlı sülh: Vaşinqton Sazişi və Ortaq Gələcək" adlı panel müzakirəsinin təsvirində deyilir ki, tərəflər Vaşinqton sazişinin məzmununu, onun bağlanmasına səbəb olan birgə səyləri və sülh prosesindəki növbəti addımları açıq şəkildə müzakirə edəcəklər.

Müzakirələr zamanı Forum təşkilatçıları tərəfindən “aparıcı danışıqlar aparanlar” adlandırılan tərəflər sazişin regional sabitliyi, barışığı və iqtisadi və əməkdaşlıq sahələrində yeni imkanları necə təşviq edə biləcəyini müzakirə edəcəklər.

Həmçinin əldə edilən nəticələr və dinc yanaşı yaşamaq üçün ortaq bir vizyon müzakirə olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
ayna.az

1Mənbələr