Vens Ukrayna üzrə irəliləyişdən danışıb.
İnterpress.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb. ABŞ vitse-prezidenti münaqişənin həlli ilə bağlı ümidli olduğunu, lakin Ağ Evin prosesin uzanmasından məyusluq keçirdiyini bildirib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens müsahibəsində Ukraynadakı müharibənin tənzimlənməsi məsələsində yaxın həftələrdə “xoş xəbərlər”in olacağına ümid etdiyini bildirib.
“Düşünürəm ki, hər halda biz böyük irəliləyişə nail olmuşuq. Lakin hələ finiş xəttinə çatmamışıq. Güman edirəm ki, növbəti bir neçə həftə ərzində bu istiqamətdə yaxşı xəbərlər olacaq”, – o qeyd edib.
Vens həmçinin bildirib ki, o və “bütün Ağ Ev” münaqişənin hələ də həll olunmamasından məyusdur:
“Biz həqiqətən də güman edirdik – və prezident bunu milyon dəfə demişdi – ki, bu müharibəni nizamlamaq ən asanı olacaq”.
Xuraman Etibarlı
İnterpress.az