AZ

BDYPİ yağışlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Bakı. Trend:
Hazırda respublika ərazisində müşahidə edilən yağışlı və çiskinlihava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir.Belə hava şəraitində yol örtüyünün sürüşkən olması, görməməsafəsinin məhdudlaşması və tormoz məsafəsinin uzanması sürücülərvə piyadalar üçün əlavə çətinliklər yaradır.

Trend xəbər verir ki, bu barədə BDYPİ məlumatyayıb.

"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək havavə yol şəraitinə uyğun olaraq ehtiyatlı hərəkət etməyi, sürəthəddini azaltmağı, ara məsafəsini artırmağı və avtomobilin texnikisazlığını – xüsusilə işıq cihazları və şüşəsilənləri – yoxlamağıxatırladır.

Eyni zamanda, piyadalar da belə hava şəraitində daha diqqətliolmalı, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməli, səkiilə hərəkət etməli və mümkün qədər açıq rəngli, işıq əks etdiricielementləri olan geyimlərə üstünlük verməlidirlər. Bu, onlarınyolda daha tez görünməsini və təhlükəsiz hərəkətini təmin edir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarınıehtiyatlı olmağa, qaydalara əməl etməyə və hər addımdatəhlükəsizliyi seçməyə çağırır", - deyə bildirilib.

Seçilən
44
32
az.trend.az

10Mənbələr