Apellyasiya instansiyası qadağanı dayandırdı, paytaxtda 2 mindən çox qvardiyaçı xidmət keçir...
Poliqon xəbər verir ki, ABŞ-nin Kolumbiya Dairəsi üzrə Apellyasiya Məhkəməsi prezident Donald Trampın Milli Qvardiya qüvvələrini Vaşinqtondan çıxarmasına dair qadağanı müvəqqəti olaraq ləğv edib. Beləliklə, Trampa 11 dekabradək qüvvələrin geri çəkilməsinə dair tələbi yerinə yetirməmək imkanı verilib.
Reuters Agentliyi yazır ki, əvvəlki qadağa Kolumbiya Dairəsinin baş prokuroru Brayan Şvalbanın iddiası əsasında tətbiq olunmuşdu. O, Trampı ordunun daxili hüquq-mühafizə məqsədləri üçün istifadəsini qadağan edən qanunu pozmaqda ittiham etmişdi. Dairə hakimi Cia Kobb Milli Qvardiyanın şəhərdə mövcudluğunu qanunsuz hesab edərək, qərarın apellyasiya şikayəti üçün üç həftəlik müddət müəyyənləşdirmişdi.
Qadağanın tətbiqindən əvvəl Vaşinqtonda atışma baş vermiş, nəticədə bir Milli Qvardiya əməkdaşı həlak olmuş, biri isə yaralanmışdı. Hadisədən sonra Donald Tramp paytaxtda hərbi mövcudiyyəti artıraraq, təhlükəsizliyin gücləndirilməsi üçün əlavə qüvvələr göndərmişdi. Hazırda şəhərdə 2 mindən çox qvardiyaçı xidmət aparır.
Ağ Ev administrasiyası bildirir ki, prezident federal qanunlara əsasən, yerli hakimiyyətlə razılaşma tələb olunmadan Milli Qvardiya qüvvələrini yönləndirmək səlahiyyətinə malikdir. Məsələ ilə bağlı hüquqi mübahisələr isə hələ də davam edir və yekun qərar apellyasiya instansiyasının araşdırmasından sonra veriləcək.
Poliqon.info