AZ

Tramp Milad bayramından əvvəl Qəzza planının ikinci mərhələsinin başladığını elan etmək istəyir

ABŞ Prezidenti Donald Tramp 25 dekabra qədər Qəzza sülh planının ikinci mərhələsinin başlandığını elan etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat verib.

Məlumata görə, Tramp Milad bayramından əvvəl Qəzza sülh prosesinin ikinci mərhələsinə qədəm qoyduğunu elan etmək və anklavı idarə etmək üçün yeni bir struktur təqdim etmək niyyətindədir.

Trampın bu addımları müzakirə etmək üçün dekabrın sonuna qədər İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcəyi gözlənilir.

Portalın məlumatına görə, planın ikinci mərhələsinə İsrail qoşunlarının Qəzza zolağından çıxarılması, oraya beynəlxalq qüvvələrin yerləşdirilməsi və "Sülh Şurası" da daxil olmaqla, anklavı idarə edən strukturun işə başlaması daxildir.

Qeyd edək ki, planın birinci mərhələsinin əsas elementi olan HAMAS-ın bütün qaçırılanları azad etməsi və ölən girovların qalıqlarını qaytarması demək olar ki, tamamlanıb.

Seçilən
91
2
apa.az

3Mənbələr