AZ

İsraildəki minlərlə ukraynalı qaçqın deportasiya ilə üzləşib

Bakı, 5 dekabr, AZƏRTAC

Ukraynadan olan ən azı 25 min qaçqın müdafiə proqramının uzadılmaması və yaşayış icazələrinin verilməsindəki gecikmələr səbəbindən İsraildə yaşamaq hüququnu itirə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

Bildirilir ki, Ukrayna və Avropa İttifaqı ukraynalı qaçqınlara dəstək proqramının dayandırılması planını müzakirə edir.

Məlumata görə, qaçqınlara İsraildə yaşamaq və işləmək üçün verilən icazə dekabrın sonunda başa çatır. Bu müddətdən sonra on minlərlə ukraynalı vətənlərinə deportasiya olunmaq riski ilə üzləşəcək. Hökumət proqramın uzadılması barədə hələlik qərar qəbul etməyib, məsələ müzakirə mərhələsindədir.

Qeyd olunur ki, bir neçə insan haqları təşkilatı 2024-cü ilin noyabrında ukraynalı qaçqınlara müvəqqəti müdafiənin uzadılması ilə bağlı dövlət qurumlarına azı üç məktub göndərsə də, heç bir cavab verilməyib.

Seçilən
108
1
azertag.az

2Mənbələr