Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Mançester Yunayted” doğma meydanda “Vest Hem”lə qarşılaşıb. İki qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, geridə qalmış 14 turdan sonra 33 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 28 xalla ikinci, “Aston Villa” 27 xalla üçüncü pillədə qərarlaşıb. “Çelsi” 24, “Kristal Pelas” və “Sanderlend” 23, “Brayton”, “Mançester Yunayted” və “Liverpul” 22 xal toplayıblar.
İngiltərə, Premyer Liqa
14-cü tur
2 dekabr
Bornmut – Everton 0:1
Qol: Qriliş, 78.
Fulhem – Mançester Siti 4:5
Qollar: Smit Rou, 45+2. İvobi, 57. Çukvueze, 72; 78 – Haland, 17. Reynders, 37. Foden, 44; 48. Berge, 54-öz qapısına.
Nyukasl – Tottenhem 2:2
Qollar: B.Gimarayns, 71. Qordon, 86-pen – K.Romero, 78; 90+5.
3 dekabr
Arsenal – Brentford 2:0
Qollar: Merino, 11. Saka, 90+1.
Brayton – Aston Villa 3:4
Qollar: Van Hekke, 9; 83. P.Torres, 29-öz qapısına – O.Uotkins, 37; 45+7. Onana, 60. Malen, 78.
Börnli – Kristal Pelas 0:1
Qol: Munyoz, 44.
Vulverhempton – Nottingem Forest 0:1
Qol: İ.Jezus, 72.
Lids – Çelsi 3:1
Qollar: Biyol, 6. Tanaka, 43. Levin, 72 – Neto, 50.
Liverpul – Sanderlend 1:1
Qollar: Mukiele, 81-öz qapısına – Talbi, 67.
4 dekabr
Mançester Yunayted – Vest Hem 1:1
Qollar: Dalo, 58 – Maqassa, 83.
