Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Sloveniya İsrailin iştirakından dolayı Avstriyanın paytaxtında keçiriləcək 2026-cı il Avroviziya Mahnı Müsabiqəsinə qatılmaqdan imtina edərək İrlandiya, İspaniya və Niderlandın cərgəsinə qoşulub.
Axar.az xəbər verir ki, bu barədə Avstriyanın “OE24” televiziya kanalının məlumatında deyilir.
Bildirilib ki, Belçika və Portuqaliya da hazırda nümayəndələrini Vyanaya göndərib-göndərməməyi müzakirə edir.
Qeyd edək ki, Avropa Yayım Birliyi İsrailin 2026-cı ildə “Avroviziya” mahnı müsabiqəsində iştirakına icazə vermək qərarına gəlib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.