AZ

2026-cı il dünya çempionatının püşkatma mərasimi ABŞ-da keçiriləcək



2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi cümə günü Vaşinqtonda Con Kennedi adına İfa Sənəti Mərkəzində keçiriləcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, mərasimdə ilk dəfə 48 komandanın iştirak edəcəyi turnirin qrupları müəyyənləşəcək.

Turnirin ev sahibləri Kanada, Meksika və Birləşmiş Ştatlar olacaq və onlar Səbət 1-də qərarlaşacaqlar. Meksika A qrupunda, Kanada B qrupunda, ABŞ isə D qrupunda oynayacaq. Birinci Səbətdəki digər komandalara İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Hollandiya, Belçika və Almaniya daxildir.

2-ci səbətə Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya və Avstraliya, 3-cü səbətə isə Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Kot-d'İvuar, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı və Cənubi Afrika daxildir.

Qeyd edək ki, dünya çempionatı ilk dəfə 48 komanda ilə keçiriləcək. 1998-ci ildən 2022-ci ilə qədər finalda 32 komanda mübarizə aparıb.

Cavid
Seçilən
62
newscenter.az

1Mənbələr