AZ

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun daha iki oyunu arxada qaldı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun növbəti matçları keçirilib.

Fanat.Az xəbər verir ki, "Milli Aviasiya Akademiyası" komandası "Murov Az Terminal"lı 3:0 hesabı ilə məğlub edib.

Qarşılaşma Milli Aviasiya Akademiyasının idman zalında baş tutub.

Digər görüşdə isə "Turan" UNEC kollektivinə heç bir şans tanımayıb - 3:0.

Bu matç UNEC-in idman zalında keçirilib.

Qeyd edək ki, turun ötən gün baş tutan "DH Volley" - "Gənclər" görüşündə birincilər 3:0 hesablı qələbə qazanıb. Qadınlar arasında Yüksək Liqanın V turuna sabah yekun vurulacaq

Seçilən
27
fanat.az

1Mənbələr