AZ

Bir mesajla başlayan faciə... Gizli şəbəkələr uşaqlar və yeniyetmələr üçün ciddi risklər yaradır

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Son illər sosial şəbəkələrdə yayılan bəzi təhlükəli “oyunlar” uşaqlar və yeniyetmələr üçün ciddi risklər yaradır. Bu cür oyunlar əslində oyun deyil, manipulyativ, psixoloji təzyiqə əsaslanan və uşaqları özünə zərər verməyə sövq edən zərərli şəbəkə fəaliyyətləridir. Onların ən çox müzakirə olunan nümunəsi isə “Mavi Balina” kimi tanınan internet fenomenidir.

Yeniyetmələr emosional cəhətdən daha həssas olduqları üçün manipulyasiyaya daha tez məruz qala bilirlər. Bu zərərli “tapşırıqlar” adətən tədricən ağırlaşır və uşağın psixoloji müqavimətini zəiflədir. Belə şəbəkələr çox vaxt uşağı ailədən, dostlardan uzaqlaşdırmağa çalışır. “Kimsəyə demə”, “İfa etməsən, başına pis iş gələcək” kimi hədələrlə qorxu, utanc və tənhalıq hissi yaradılır. Bir çox yeniyetmə onsuz da kimliyini axtardığı, özünüqiymətləndirmə problemləri yaşadığı bir dövrdə olur. Oyun kuratorları uşağın zəif nöqtələrini taparaq, onu özünə zərər verməyə psixoloji cəhətdən hazırlayırlar. Gündəlik tapşırıqlar vasitəsilə uşaq vərdiş, asılılıq və itaət psixologiyasına sürüklənir. Artıq bir müddət sonra uşaq öz iradəsi ilə yox, qorxu və manipulyasiya ilə hərəkət etməyə başlayır.

Uşaqlar tez-tez özlərini bir “oyuna” deyil, real təhlükəyə düşmüş kimi hiss edirlər. Onlara elə gəlir ki, dayandırdıqları halda ailələrinə və ya özlərinə zərər veriləcək. Başlanğıcda sadə görünən tapşırıqlar zamanla özünə zərər vermə aktlarına çevrilir. Bu mərhələlər psixoloji müqaviməti zəiflədir. Oyuna qoşulan uşaqların bir hissəsi onsuz da depressiya, tənha qalma, özgüvən çatışmazlığı kimi problemlərlə üzləşmiş olur. Zərərli oyun bu vəziyyəti daha da dərinləşdirir.

Uşaqlar çox vaxt ailənin qəzəbindən qorxur, ona inanmayacaqlarını düşünür, “kimə desəm, mənə inanmaz” deyə fikirləşir. Bu səbəbdən təhlükəni gizlədir və vəziyyət daha da ağırlaşa bilir.

Belə “oyunlar” heç bir halda əyləncə deyil, manipulyativ, psixoloji zorakılıq formasıdır. Uşaqlarda təhlükəli davranışlar, depressiya və intihara meyil yaratmaq gücünə malikdir. Ailələr uşaqları ilə açıq ünsiyyətdə olmalı, internet davranışlarını izləməli və təhlükəni gördükdə dərhal müdaxilə etməlidir.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
208
39
icma.az

10Mənbələr