AZ

Putin: Rusiya Krımı ilhaq etməyib, əhalini qorumaq üçün addım atıb...

Rusiya lideri India Today-ə müsahibəsində Ukrayna müharibəsi, G8, ABŞ-la münasibətlər və enerji siyasəti barədə əsas mesajlarını açıqlayıb...

Poliqon xəbər verir ki, Vladimir Putin Hindistanın India Today nəşrinə geniş müsahibəsində Krım, Ukrayna müharibəsi, Qərb dövlətləri ilə münasibətlər və ABŞ-la iqtisadi əlaqələrin bərpası barədə bir sıra diqqətçəkən bəyanatlar səsləndirib.

Putin bildirib ki, Rusiya “Krımı anneksiya etməyib”, əksinə, yarımada əhalisinin təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçib və başqa cür davranmaq imkanında olmayıb. O, yenidən vurğulayıb ki, Moskva Ukraynanın öz təhlükəsizliyini təmin etmək hüququna qarşı çıxmır, lakin bu, “Rusiyanın təhlükəsizliyi hesabına baş verməməlidir”.

Rusiya Prezidenti müsahibədə Qərbin Ukrayna vasitəsilə Rusiyaya qarşı savaş apardığını iddia edib və Moskvanın “bu müharibəni bitirmək istədiyini” söyləyib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da Ukrayna münaqişəsinin “humanitar səbəblərdən tezliklə başa çatmasında maraqlıdır”.

Kreml rəhbəri xüsusi olaraq vurğulayıb ki, ABŞ şirkətlərinin çoxu Rusiyaya qayıtmaq istəyir. O, həmçinin xatırladıb ki, Vaşinqton hələ də Rusiyadan nüvə yanacağı alır: “Əgər ABŞ özü bu yanacağı alırsa, onda Hindistanın Rusiya enerji resurslarını niyə ala bilməməsi anlaşılmazdır”.

Putin G8 formatına mümkün qayıdış mövzusuna da toxunub. Onun sözlərinə görə, məsələ Uhitkoffla (Trampın xüsusi nümayəndəsi) Kremlin son görüşündə qaldırılıb, lakin Rusiyaya geri dönmək üçün hər hansı rəsmi dəvət səslənməyib.

ABŞ-Rusiya münasibətlərinə gəlincə, Putin “başqa liderlər haqqında şərh vermədiyini” desə də, iqtisadi əlaqələrin bərpasının iki ölkə üçün də “bir çox sahələrdə real fayda gətirəcəyini” vurğulayıb.

Poliqon.info

Seçilən
32
poliqon.info

1Mənbələr