AZ

alimlər bəzi itlərdə unikal qabiliyyət aşkar ediblər

Alimlər itlərin necə düşündüyü haqqında daha çox məlumat əldə ediblər.

QHT.az xəbər verir ki, yeni tədqiqat göstərib ki, bəzi itlər yüzlərlə obyektin adını yadda saxlaya bilir və bu, onların anadangəlmə koqnitiv qabiliyyətləri ilə bağlıdır. Alimlər əvvəlcədən çoxlu obyekt adlarını tanıdığı ehtimal edilən 11 iti seçərək, onları ev şəraitində müxtəlif tapşırıqlarla sınaqdan keçiriblər. Nəticələrə görə, bu nadir qabiliyyətə malik itlərdə üç əsas xüsusiyyət müşahidə olunur: yeni obyektlərə yüksək maraq, güclü konsentrasiya və seçici diqqət.

Tədqiqatçılar bildirirlər ki, bu bacarıqlar gənc itlərdə anadangəlmə olub-olmadığını müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac var və nəticələr gələcəkdə xidmət itlərinin təliminə də töhfə verə bilər. Paralel olaraq digər araşdırmalar göstərir ki, itlərin televizora baxma marağı onların şəxsiyyəti haqqında mühüm ipucları verə bilər.

 

R.İmanov

Seçilən
37
qht.az

1Mənbələr