Qadın voleybolçuların ölkə birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün "UNEC" klubu "Turan"la, "Milli Aviasiya Akademiyası" isə "Murov Az Terminal"la üz-üzə gəlib.
Hər iki qarşılaşmada eyni hesab qeydə alınıb. Rəqiblərini quru hesabla məğlub edən "Turan" və "Milli Aviasiya Akademiyası" klubları növbəti üç xallarını qazanıblar.