BAKI, 4 dekabr. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın cənubundakı Nəbatiya əyalətində yerüstü hədəflərə intensiv zərbələr endirir.
Teleqraf xəbər verir ki, bu barədə "Livan 24" xəbər portalıməlumat yayıb.
Nəşrin yazdığına görə, Bəraşit, Cbaa, Mahrouna və Əl-Məcadil yaşayış məntəqələri bombalanıb, buradan güclü partlayışlar və insan tələfatı barədə məlumat daxil olub.
Bombardman Yerli sakinlər İsrail ordusundan dörd kənddə yerləşən şiə Hizbullah hədəflərinə gözlənilən hücumla bağlı xəbərdarlıq aldıqdan sonra başlayıb. Onların əksəriyyəti Livan əsgərlərinin köməyi ilə evlərindən təxliyə edilib.