AZ

"Şəfa" çox savadlı müdafiə olunurdu" -Kaxaber Tsxadadze

Bu gün Bizon Azərbaycan Kubokunun 1/8 finalında öz meydanında "Şəfa"nı 2:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksələn  "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadaze fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, gürcü mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında belə danışıb:

"Futbolçularıma təşəkkür edirəm. Növbəti mərhələyə yüksəlmək vacib idi. "Araz-Naxçıvan"la çempionat oyunundan sonra uşaqlar tam bərpa olmamışdılar. Meydanda bir qədər ləng idik. Bəzi futbolçularımız isə mental baxımdan Birinci Liqa komandasına qarşı oynamağa gazır deyildilər. "Şəfa" çox savadlı müdafiə olunurdu. Öz çempionatlarının lideridirlər. Rəqib Premyer Liqaya yüksəlməyə real namizəddir. Çox az qol buraxırlar. İlk qolu vursaq da, arxayınlıq rəqibin hesabı bərabərləşdirməsi ilə nəticələndi. Belə olmalı deyil. İkinci hissədə daha yaxşı çıxışla diqqət çəkdik və ikinci qolu vurduq. Oyunun sonlarında rəqib riskli oynadı. Onları əks-hücumlarda tutmalıydıq. Biz isə qol vəziyyətlərini dəyərləndirə bilmədik". 

Nihat

Seçilən
87
1
fanat.az

2Mənbələr