AZ

XİN başçısı: Ermənistana tranzit məhdudiyyəti birtərəfli qaydada aradan qaldırılıb

BAKI, 4 dekabr. TELEQRAF

"Regionda sülh de-fakto bərqərar olub. Bu gün qeyri-sabit ATƏT regionundan fərqli olaraq, Azərbaycan və Ermənistan ən dinc və sabit dövrü yaşayır".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun BayramovATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.

"Hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində müxtəlif ölçülər üzrə konkret tədbirlərin həyata keçirilməsi istiqamətində irəliləyir. Sülh prosesinə əlavə təkan vermək məqsədilə, Azərbaycan xoşməramlı jest olaraq, Ermənistana münasibətdə məhsulların tranzit məhdudiyyətini birtərəfli qaydada aradan qaldırıb.Azərbaycan tərəfindən uzun illər ərzində təşviq edildiyi kimi, bu nailiyyətlər aydın şəkildə nümayiş etdirir ki, birbaşa ikitərəfli danışıqlar irəliyə aparan ən yaxşı yoldur", - nazir əlavə edib.

Seçilən
58
teleqraf.com

1Mənbələr