AZ

"Rəqibin sürətli hücumlarını warşılamağa çətinlik çəkirdik"

Bu gün Bizon Azərbaycan Kubokunun 1/8 finalında səfərdə "Qəbələ"yə uduzaraq mübarizəni dayandıran "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 33 yaşlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında belə danışıb:

"Rəqibin sürətli hücumlarını qarşılamağa çətinlik çəkirdik. Futbolçularıma əhsən düşür. Belə oyuna çıxmaq asan deyildi. Liqalar arasında temp fərqi var. Mübarizə apardığımız çempionatda dominant oynayırıq. Bu gün isə belə deyildi. Biz yerli oyunçulara üstünlük veririk. Premyer Liqaya vəsiqə qazansaq da, komandanı yerli oyunçulardan quracağıq".

Nihat

Seçilən
115
3
fanat.az

4Mənbələr