AZ

Azərbaycan və Ermənistan arasında post-münaqişə dövründə normallaşma prosesində əhəmiyyətli tərəqqi əldə edilib – Ceyhun Bayramov

Bakı. Trend:

Ötən ilin dekabr ayından etibarən Azərbaycan və Ermənistanarasında post-münaqişə dövründə normallaşma prosesində əhəmiyyətlitərəqqi əldə edilib və cari ilin 8 avqust tarixində keçirilmiştarixi Vaşinqton Sülh Sammiti ilə ən yüksək səviyyəyə çatıb.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasındaçıxışı zamanı deyib.

Nazir xatırladıb ki, sözügedən sammit nəticəsində şahid qismindəABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmaqla Azərbaycan vəErmənistan ölkə başçıları arasında Birgə Bəyannamə qəbuledilib:

“Tərəflər münaqişənin artıq keçmişdə qaldığını, ona heç birşəkildə geri dönməyəcəklərini, mövcud reallığa əsaslanaraq,mehriban qonşuluq münasibətləri qurmağa başlayacaqlarınıtəsdiqləyiblər.

Sammit çərçivəsində mən və erməni həmkarım cari ilin mart ayındayekunlaşan ikitərəfli danışıqların davamı olaraq Azərbaycan,Ermənistan və ABŞ liderlərinin iştirakı ilə “AzərbaycanRespublikası və Ermənistan Respublikası arasında sülhün vədövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”layihəsini parafladıq.

Bundan əlavə, erməni həmkarımla birlikdə, 2020-ci ildəmünaqişənin həllindən sonra həmin mexanizmlərə artıq ehtiyacqalmadığına dair qarşılıqlı anlayışın göstəricisi qismində,ölkələrimiz arasında münaqişənin nəticələrinin aradan qaldırılmasıüçün vaxtilə yaradılmış ATƏT-in Minsk Prosesi və əlaqədarstrukturların bağlanması ilə bağlı birgə müraciəti imzaladıq.Nazirlər Şurasının müvafiq qərarının operativ qəbuluna görəFinlandiya sədrliyinə, ATƏT Baş katibinə, ATƏT Katibliyinə vəiştirakçı dövlətlərə təşəkkür edirəm”.

Ceyhun Bayramovun sözlərinə görə, nəticə etibarilə, regiondasülh de-fakto bərqərar olub:

“Bu gün qeyri-sabit ATƏT regionundan fərqli olaraq, Azərbaycanvə Ermənistan ən dinc və sabit dövrü yaşayır. Hər iki tərəfhökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində müxtəlifölçülər üzrə konkret tədbirlərin həyata keçirilməsi istiqamətindəirəliləyir.

Sülh prosesinə əlavə təkan vermək məqsədilə, Azərbaycanxoşməramlı jest olaraq, Ermənistana münasibətdə məhsulların tranzitməhdudiyyətini birtərəfli qaydada aradan qaldırıb.

Azərbaycan tərəfindən uzun illər ərzində təşviq edildiyi kimi,bu nailiyyətlər aydın şəkildə nümayiş etdirir ki, birbaşaikitərəfli danışıqlar irəliyə aparan ən yaxşı yoldur.

Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdirvə Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyətigözləyir.

Biz bu çərçivədə, normallaşma prosesinin yekunlaşdırılmasınaminə xoş niyyətin və bütün öhdəliklərin zamanında icrasınınhəlledici əhəmiyyətini vurğulayırıq”.

XİN başçısı əlavə edib ki, Ermənistan Konstitusiyasında hələ dəqalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmışikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasınavə birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq.

Seçilən
59
8
az.trend.az

10Mənbələr