AZ

Rus ordusu Ukraynada yeni üstünlük qazanıb

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Vovçansk bölgəsinin Tixoye kəndi yaxınlığında irəliləyişə nail olub.

Reyting.az xəbər verir ki, “DeepState” monitorinq layihəsinin təhlilinə görə, rus ordusu son 24 saat ərzində Vovçansk şəhəri yaxınlığında irəliləyiblər.

Bildirilir ki, ruslar Tixoye, Yampol və Novoekonomiçnoye yaxınlığında üstünlük qazanıb. Əlavə edilib ki, Vovçansk yaxınlığındakı Tixoye kəndi işğal olunmaq üzrədir.

Bu arada, Donetsk vilayətinin Liman şəhər icmasındakı Yampol kəndinin statusu “DeepState” xəritəsində müəyyən edilməmiş kimi qeyd olunub.

Donetsk vilayətinin Mirnoqrad yaxınlığındakı Novoekonomiçnoyenin statusu da müəyyən edilməyib.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
reyting.az

1Mənbələr