AZ

Bərdədə tullantıların yandırılmasına görə direktor cərimələnib

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

İdarənin rəisi Oqtay Şahmurov AzVision.az -a bildirib ki, yanğın məişət tullantılarının mövcud qanunvericiliyin tələb və qaydalarına uyğun idarə olunmaması və qabaqlayıcı tədbirlərin görülməməsi səbəbindən baş verib: "Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru Natiq Qasımov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub. Poliqonda tullantıların düzgün idarə olunmasının təmin edilməsi və gələcəkdə belə halların təkrarlanmaması məqsədilə Bərdə Kommunal Təsərrüfatı İdarəsinə “Ekoloji tələb” verilib. Eyni zamanda mövcud vəziyyətlə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət olunub. Ətraf mühitin mühafizəsinə həssas münasibət göstərən vətəndaşlarımıza təşəkkür edir və bu kimi hallarla rastlaşdıqları zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etmələrini xahiş edirik". AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
95
21
azvision.az

10Mənbələr