Bu gün Bizon Azərbaycan Kubokunun 1/8 finalında səfərdə "Qəbələ"yə uduzaraq mübarizəni dayandıran "Şəfa"nın məğlubiyyətsiz oyunlar seriyası başa çatıb.
Fanat.Az-ın hesablamalarına görə, 1-ci Liqa komandası "qırmızı-qaralar"la görüşədək ardıcıl 23 oyunda yenilməmişdi.
Bu matçlardan 13-ü 2-ci, 9-u 1-ci Liqaya, 1-i isə Azərbaycan Kubokuna təsadüf edib.
Xatırladaq ki, hazırda 23 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir. Komandanı 33 yaşlı mütəxəssis Elgiz Kərəmli çalışdırır.
Nihat