AZ

“Sabah”ın sabiq baş məşqçisi I Liqa klubuna keçir

“Ural”ın yeni baş məşqçisi kimi Vasili Berezutskinin adı ön plana çıxıb.

İdmanxeber.az xəbər verir ki, klub Miroslav Romaşenkonu əvəzləmək üçün 43 yaşlı mütəxəssislə danışıqları yekunlaşdırmaq üzrədir. Komanda son üç oyunda məğlub olaraq ciddi eniş yaşayıb.

Hazırda “Ural” 41 xalla Birinci Liqada 2-ci pillədədir və lider “Fakel”dən 7 xal geri qalır.

Qeyd edək ki, Berezutski 2024/25 mövsümündə “Sabah”a Azərbaycan kubokunu qazandırmışdı.

Seçilən
119
idmanxeber.az

1Mənbələr