Bu gün ailənin ən sevimli üzvü, hər kəsin gülümsəmə səbəbi olan balaca Dənizin ad günüdür. Onun dünyaya gəlişi bu ailəyə sevinc, işıq və sonsuz xoşbəxtlik bəxş edib. Dənizin ad günü münasibətilə ailəsinin bütün üzvləri ən səmimi və ürəkdən gələn arzularını çatdırır.
Uşaq saf sevgisi, təmiz qəlbi və işıq saçan baxışları ilə böyüklərin həyatına rəng, evlərinə istilik qatır. Dəniz gündən-günə böyüyür, dərin yaddaşı, şirin gülüşü, zarafatları ilə ailəsinin qüruruna çevrilir. Bu gün isə onun xoşbəxtliyinə xoş duyğular, gözəl arzular daha bir qat artır.
Babası Kamil nəvəsinin bu günə gəlib çıxmasına görə sonsuz şükür etdiyini bildirib. Onun sözlərinə görə, Dəniz ailənin gələcəyidir, evin işığıdır.
Nənəsi Qöncə xanım isə nəvəsinin ən kiçik addımını belə böyük sevinc kimi qəbul etdiyini deyir. Onun üçün Dənizin hər gülüşü dünyanın ən dəyərli musiqisidir.
Əmiləri Röyal və Xəlil bal Dənizin uğurlarına, sağlam böyüməsinə, ağıllı və mərd övlad olmasına dair ürəkdən diləklərini çatdırırlar.
Atası Aydın isə Dənizin ən böyük dayağı, qoruyucusu və qürur mənbəyi olduğunu xüsusi vurğulayır. O, övladının həyat yolunun daim açıq, uğurlarının bol olmasını arzulayır.
Bu ailənin hər bir üzvü üçün Dəniz təkcə balaca bir uşaq deyil, o, sevginin rəmzidir, ailə bağlarının daha da möhkəmlənməsinə səbəb olan bir nemətdir.
Bu əlamətdar gündə bütün xoş arzular balaca Dənizə ünvanlanır:
Gözünaydın, Dəniz! Doğum günün mübarək!
Allah səni sağlam böyütsün, yolunu açıq etsin, şansını bol eləsin. Hər addımın uğura, hər gülüşün xoşbəxtliyə çevrilsin. Ailənlə birlikdə saysız-necə belə gözəl günlər görəsən.