Bakı, 4 dekabr, Nailə Həsənova, AZƏRTAC
Bu ilin ötən dövründə Bakıda 14,6 hektar ərazidə 7 min 906 ədəd ağac, 9 min 800 ədəd gül kolu əkilib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu il BŞİH və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə mövsüm ərzində ağacəkmə aksiyaları keçirilib, minlərlə ağac əkilib: “Əsas etibarı ilə Eldar şamı, kiparis, zeytun, çinar kimi ağaclara üstünlük verilib, oleandr, tuya, liqusturum, evonimus kolları əkilir. İlin sonuna kimi ağacəkmələr davam edəcək”, - deyə məlumatda qeyd olunub.