“Friends” serialının ulduzun ölümü ilə bağlı hökm çıxarılıb
Ajans.az xəbər verir ki,bu barədə The New York Times məlumat yayıb. Qəzet bildirir ki, iyun ayında təqsirləndirilən şəxs güclü anesteziya tətbiq etməkdə günahını etiraf edib. 44 yaşlı həkim Kaliforniyanın təcili yardım şöbəsində çalışıb. İş sənədlərinə görə, Plasensiya Perrinin ölümündən bir ay əvvəl həmkarına “Görəsən bu axmaq nə qədər pul ödəyəcək?” və “Gəlin öyrənək” sözləri ilə mesaj göndərib. Hökm oxunarkən həkim dəfələrlə alnından tər silib. O, illərdir insanlara kömək etməyə çalışdığını, lakin Perrini xilas edə bilmədiyini və hərəkətlərinin bağışlanmaz olduğunu bildirib. Məhkəmədə Perrinin ailəsindən üzr istəyib. Məlumata görə, S. Plasensiya Perriyə bağlı iş üzrə məhkum edilən ilk şəxsdir. Təqsirləndirilən şəxsin hərəkətləri zamanı Perrinin qanında ketamin aşkarlanıb və anesteziya dozası ümumi anesteziya üçün istifadə edilən səviyyəyə bərabər olub. Metyu Perri 28 oktyabr 2023-cü ildə, 54 yaşında, üzünü aşağı qoyaraq isti vannada ölü vəziyyətdə tapılıb. Aktyor ömrünün böyük bir hissəsində alkoqol və narkotik asılılığı ilə mübarizə aparıb.