AZ

Məhkəmədən rekord OĞURLUQ – Müstəntiq 147 milyonluq qızılı götürüb QAÇDI – FOTO

Türkiyədə müstəntiq məhkəmədən 147 milyonluq qızıl oğurlayıb ölkədən qaçıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Sübut kimi saxlanılan zinət əşyalarını satan məmur pulları kriptovalyutaya çevirərək aradan çıxıb.

Hadisə İstanbulun Büyükçekmece rayonundakı ədliyyə binasında baş verib. Məlumata görə, iş üzrə maddi sübut kimi müsadirə edilən və məhkəmə binasında saxlanılan, dəyəri təxminən 147 milyon türk lirəsi (təxm. 6 milyon man)olan qızıl və zinət əşyaları oğurlanıb.

Oğurluğu həyata keçirən şəxsin müstəntiq olduğu bildirilir. O, sözügedən zinət əşyalarını sataraq təxminən 2,5 milyon ABŞ dolları əldə edib.

Müstəntiq əldə etdiyi vəsaiti USDT (kriptovalyuta) formasına çevirib, məlumatları rəqəmsal daşıyıcıya (fleşka) yükləyib və xaricə qaçıb.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
33
interpress.az

1Mənbələr