Dəm qazından ölən qadının yaxınları DANIŞDI
Ajans.az xəbər verir ki, hadisə ilə bağlı onun yaxınları danışıb. Bildirilib ki, mərhum uzun müddətdir həmin ünvanda tək yaşayırmış və ailəsi olmayıb. Onun qardaşının sözlərinə görə, qadın Ruhi-Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olub. Evini isitmək məqsədi ilə qaz sobasını çıxararaq divara söykədiyi üçün məişət qazının geri qayıtması nəticəsində dəm qazı yaranıb. Qadının iki gün ərzində evdə hərəkətsiz halda qaldığı müəyyən edilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
