TRIPP (Tramp Marşrutu) layihəsinin strateji çərçivəsini təkmilləşdirmək üçün aktiv iş davam edir.
“Yeni Sabah” armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə deyib.
"Sənədlər üzərində işləyirik və fikrimcə, yaxşı templə irəliləyirik. Müəyyən etdiyimiz müddətdə, ilk növbədə, normativ-hüquqi və konseptual sənədləri hazırlayıb qəbul etməklə, daha sonra sazişi imzalamaqla, sonra isə yerlərdə praktiki işə başlamaqla TRIPP layihəsini həyata keçirəcəyik", - Baş nazir bildirib.
Telegram kanalımız