AZ

Bursada QAN DAVASI: Ata oğlunu vuran sürücünün qardaşını GÜLLƏLƏDİ – VİDEO

Bursada ata oğlunu vuran sürücünün qardaşını güllələyib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məhkəmənin taksi sürücüsünə bəraət verməsi atanı qəzəbləndirib, o, intiqam almaq üçün silaha əl atıb.

Hadisə Türkiyənin Bursa şəhərində baş verib. Məlumata görə, bir müddət əvvəl taksi sürücüsü avtomobillə bir uşağı vurub. Məhkəmə qəza ilə bağlı sürücü barəsində bəraət hökmü çıxarıb.

Qərardan narazı qalan uşağın atası sürücünün qardaşını güllələyərək öldürüb.

Hadisəni törədən şəxs qəzəbini bu sözlərlə ifadə edib:

“Mənim uşağım nədir, sahibsiz heyvandır? Vurdular və getdilər. Məhkəmə bəraət verdi, amma mən sizə yaşamağa imkan vermərəm!”

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
48
interpress.az

1Mənbələr