ABŞ Yunanıstana təzyiqi artıraraq PURL təşəbbüsünə rəsmi olaraq qoşulmasını istəyir. Bu, Avropa dövlətlərinin Ukrayna üçün Amerika silahlarını almasını tələb edən Prioritized Ukraine Requirements List (PURL) proqramıdır.
Herbiand.az bildirir ki, bu barədə “Katimerini” qəzeti yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.
Qəzet qeyd edib ki, Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri görüşü ərəfəsində ABŞ səfirliyinin rəsmiləri bu tələbləri Afinaya çatdırıblar. ABŞ nümayəndələri tədbirdə iştirak edən Yunanıstan xarici işlər naziri Yorqos Herapetritisdən Yunanıstanın PURL-a qoşulmasını iclasda açıq şəkildə elan etməsində israr ediblər.
“Vaşinqton həmçinin, Afinaya aydın şəkildə bildirib ki, Yunanıstan üçün PURL proqramına töhfə verməyən ölkələrə qoşulmaqdan çəkinmək faydalı olardı”, - məqalədə qeyd olunur.
Lakin yunan diplomatı xarici işlər nazirlərinin görüşündən əvvəlki açıqlamasında bu təşəbbüsdən bəhs etməyib.
Bəxtiyar CƏFƏRLİ